Yaxşı ki varsan!

Maneələr onları aşmaq üçündür.

10 dekabr 2021 15:22

Hədiyyə vermək üçün səbəb çoxdur. Bu səbəblərin təkcə özəl günlərlə bağlı olması mütləq deyil. Əsas məqsəd sevdiklərimizi sevindirmək, onlara diqqət göstərmək, bizim üçün dəyərli olduqlarını hiss etdirməkdir. Lakin hədiyyə almaq, üstəlik seçim etmək heç də asan deyil. Bunların üzərinə gündəlik qayğılarımızın arasında hədiyyə seçiminə vaxt ayırmağı, onu təqdim etmək üçün hər iki tərəfə uyğun ortaq zamanı və məkanı müəyyənləşdirməyi də gəlsək, məsələ bir az da qəlizləşir.

 

Biz inanırıq ki, hədiyyə vermək istəyi gəldisə, bizə heç nə mane olmamalıdır: nə zaman, nə məsafə bir insana sevinc və diqqət bəxş etməyimizə, onu dəyərli hiss etdirməyimizə əngəl yaratmamalıdır. Məhz bu maneələri aradan qaldırmaq üçün İOKİO rəqəmsal hədiyyə kartları platformasını yaratdıq:

 

    Sevilən brendlərin hədiyyə kartlarını bir yerə topladıq ki, seçiminizi asanlaşdıraq.

    Hədiyyənin alınması və göndərilməsi prosesini rəqəmsallaşdırdıq ki, zaman və məsafə sevinc və diqqət paylaşımı yolunda məhdudiyyət olmasın.

 

Qısacası, kiməsə hədiyyə göndərib “Yaxşı ki varsan!” demək istəyirsinizsə, artıq bunu asanlıqla edə bilməyiniz üçün iokio.az var. 

 

Sevgi ilə, 

İOKİO komandası