iokio.az saytından yalnız elektron hədiyyə kartı almaq olar?
Bəli, iokio.az saytında müxtəlif seqmentlərin müxtəlif brendləri üçün nəzərdə tutulmuş hədiyyə kartları elektron formada satılır.
İOKİO hədiyyə kartının elektron hədiyyə kartı olmasının əsas üstünlüyü nədir?
İOKİO hədiyyə kartının əsas üstünlüyü bu kartı heç bir mağazaya getmədən onlayn şəkildə iokio.az saytında əldə edərək onu istədiyiniz şəxsə elektron formada göndərə bilmə imkanınızdır.
İOKİO kartı hədiyyə olunan şəxs bununla bağlı necə xəbərdar olur?
İOKİO hədiyyə kartını göndərdiyiniz şəxs SMS vasitəsilə ona İOKİO hədiyyə kartının hədiyyə olunduğu ilə bağlı məlumat alır.
İOKİO hədiyyə kartını hansı məbləğlərdə almaq olar?
İOKİO hədiyyə kartını 20 AZN – 5000 AZN intervalında bir məbləğdə ala bilərsiniz. Məbləğin mütləq şəkildə yuvarlaqlaşdırılması məcburi deyil (məsələn, hədiyyə kartı 34 AZN, 61 AZN, 123.50 AZN və yaxud 99.99 AZN məbləğlərində də ola bilər).
Universal İOKİO hədiyyə kartının üstünlükləri nədir?
Universal İOKİO hədiyyə kartı müştəriyə iokio.az saytında yer alan bütün seqmentlərdəki istənilən brenddən (mağazadan) alış-veriş etmə imkanı verir (məsələn, sizin universal İOKİO hədiyyə kartınızda 100 AZN məbləğində vəsait mövcuddursa siz bu məbləği 10-a qədər müxtəlif brenddə (mağazada) xərcləyə bilərsiniz).
İOKİO.az saytındakı brenddən satın almaq istədiyim mal və ya əşya üçün İOKİO hədiyyə kartımda kifayət qədər vəsait yoxdursa həmin əşyanı necə satın ala bilərəm?
Almaq istədiyiniz mal və ya əşyanın qiyməti İOKİO hədiyyə kartınızda olan vəsaitdən daha yüksəkdirsə siz həmin mal və ya əşyanın tam qiymətini İOKİO hədiyyə kartınızda olan vəsaitin üstünə әlavә vәsait qoyaraq satın ala bilәrsiniz.
İOKİO hədiyyə kartlarının istifadə müddəti nə qədərdir?
İOKİO hədiyyə kartlarının istifadə müddəti brendə uyğun olaraq 1 aydan 1 ilədək dəyişir.
İOKİO hədiyyə kartı əldə etmək üçün iokio.az saytında ödəniş hansı şəkildə həyata keçirilir?
İOKİO hədiyyə kartını satın almaq üçün ödəniş bank kartı və ya hədiyyə kodu vasitəsilə həyata keçirilə bilər.
Hədiyyə kodu nədir və onu necə istifadə edə bilərəm?
Hədiyyə kodu şirkətlər tərəfindən öz işçilərinə təqdim olunan xüsusi koddur. Şirkətiniz sizə belə bir kod veribsə, onu istənilən brend kartında və ya universal kartda aktivləşdirə bilərsiniz - sadəcə kartı seçib müvafiq xanaya kodu daxil edin. Əgər sizdə hədiyyə kodu yoxdursa, narahat olmayın - bank kartı ilə olan ödəniş üsulunu seçməklə hədiyyə kartı ala bilərsiniz.
Telefonuma gələn SMS-i yanlışlıqla sildiyim halda nə edə bilərəm ?
24/7 xidmət göstərən Müştəri Xidmətləri komandamıza müraciət edərək sizə göndərilən SMS təkrar sizə göndərilə bilər.